Məzahir Pənahov rəsmi səfərə getdi - Avstriyaya


01:51     21 İyul 2015 90889.jpg


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Vyanada seçkilər mövzusunda keçirilən seminarda iştirak etmək məqsədilə Avstriya Respublikasında rəsmi səfərdədir.


Mərkəzi Seçki Komissiyasından Femida.az-a verilən məlumata görə, ATƏT-in hazırkı sədrliyi və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən birgə təşkil edilən, seçki idarəetmə qurumlarının və beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı seminar seçkilərlə bağlı müxtəlif məsələlərin və ölkələrin əldə etdiyi yaxşı təcrübələrin müzakirəsinə həsr olunub.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Linkin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun müxtəlif ölkələrin seçki idarəetmə qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi, qurumlararası əlaqələr və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Açar sözlər:

Oxunub: 898