DİN Rusiya ilə sərhəddə əməliyyata başladı
13:52 21 Noyabr 2016
Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında “Sərhəd-sipər” əməliyyatına başlanılıb. Əməliyyatlar Azərbaycanın şimal bölgəsini əhatə edir.
Femida.az APA-ya istinadən xəbər verir ki, “Sərhəd-sipər” şərti adı altında keçirilən əməliyyatlara Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da qatılıb.
Yerli sakinlərin verdiyi məlumata görə, aparılan əməliyyatlara bağlı Xaçmaz və Qusar rayonlarında xüsusi polis postları qurulub. Polis əməkdaşları tərəfindən rayona girən və çıxan avtomobillər yoxlanılır.
Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, məlum əməliyyatlar Rusiya ilə Azərbaycan tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən aparılır. Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır.
Əməliyyatın noyabrın 27-dək kimi davam edəcəyi bildirilir.
Femida.az
Oxunub: 1492
Oxşar xəbərlər
- DİN-dən əməliyyat: 31 kq narkotik dövriyyədən çıxarıldı
- Din xadimləri bu qədər maaş alacaq - VİDEO
- DİN həbs olunan polkovniklə bağlı məlumat yaydı
- DİN tutulan şəxslərlə bağlı məlumat yaydı - Aralarında yeniyetmələr də var
- Dini icmaların sayı 800-ə yaxınlaşdı
- DİN-dən ƏMƏLİYYAT: Ağstafa sakini 9 kq narkotiklə tutuldu
- DİN tutulan şəxslərin FOTOLARINI YAYDI
- DİN məlumat yaydı
- DİN İlhamə Quliyevanın oğlu ilə bağlı məlumat yaydı
- Dini Komitə 12 yaşlı məktəblinin intiharını araşdırır