DİN Novxanı bağlarında əməliyyat keçirib


16:22     27 Aprel 2017 2015-04-18-13-48-08din-nazirlik-full-liderxeber-6401.jpg

Sumqayıt polisi Novxanı bağlarında əməliyyat keçirib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, əldə edilən məlumat əsasında Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Novxanı bağlar sahəsində yaşayan Bünyad Əliyevin evinin həyətinə baxış zamanı oradan 1 ədəd müvafiq sənədləri olan "MR-155" markalı tüfəng, 1 ədəd "RQD-5" qumbarası, 1 ədəd kustar üsulla hazırlanmış xəncər və 215 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

B.Əliyev saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 501