Şimali Koreya növbəti raket sınağı keçirdi


18:17     21 May 2017 simali%20koreya.jpg

Şimali Koreya növbəti raket sınağı keçirib.


Femida.az xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Nazirliyi hazırda bununla bağlı müvafiq məlumatlar toplayır. İlkin məlumata görə, Şimali Koreya bir raket buraxılışı həyata keçirib.

Yaponiya isə Şimali Koreyanın yeni raket sınağı ilə bağlı baş nazirin dəftərxanasında Böhran Qərargahı yaradıb, raket sınağı ilə bağlı məlumatların toplanması və analizi aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1679