Şimali Koreyaya qarşı sanksiyalar sərtləşdirildi


13:04     06 Avqust 2017 bmt_2475767.jpg

BMT-nin Təhlükəsizlik Şurası KXDR-ə qarşı sanksiyaları sərtləşdirən qətnaməni yekdilliklə qəbul edib.


Femida.az xəbər verir ki, yeni qətnaməyə əsasən, Şimali Koreyadan dəmirin, qurğuşunun, kömürün və dəniz məhsullarının idxalına qadağa qoyulur.

Bununla yanaşı, KXDR-in Xarici Ticarət Bankının hesabları dondurulacaq.

Qeyd edək ki, qətnaməni ABŞ təklif edib.

Femida.az

Açar sözlər:

Oxunub: 774