Şimali Koreya ballistik raketini sınaqdan keçirdi


13:03     29 İyul 2017 228211f7f8cb2133494b652cc9054ef2.jpg

Şimali Koreya ikinci “Xvason-14” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib.


“RİA Novosti”nin verdiyi xəbərə görə, ballistik raket sınaqlarının keçirilməsi əmrini verən ölkə lideri Kim Çen In raketlərin buraxılışını şəxsən komanda məntəqəsindən izləyib.

Şimali Koreya Mərkəzi Televiziyasının məlumatına görə, raket 47 dəqiqə 12 saniyə ərzində 998 km məsafəni qət edib. Uçuş trayektoriyasının maksimum hündürlüyü 3 min 724,9 km təşkil edib.

KXDR mətbuatı “Xvason-14” qitələrarası ballistik raketin buraxılışı qonşu ölkələr üçün heç bir təhlükə yaratmayıb.

Bundan əvvəl gecə saatlarında Şimali Koreya Yaponiya dənizi istiqamətində ballistik raketin buraxılışını həyata keçirib. Ballistik raketin gecə sınaqları Şimali Koreya tərəfindən ilk dəfə keçirilib. Yaponiyanın Xokkaydo adası istiqamətində buraxılan bu raket də təxminən 1000 km məsafəni qət edib.

Yaponiya və Cənubi Koreyanın Milli Təhlükəsizlik Şuraları insidentlə əlaqədar təcili iclas çağırıb.

ABŞ və Cənubi Koreya KXDR-in ballistik raketi sınaqdan keçirməsinə cavab olaraq ballistik raketlərin təlim buraxılışını həyata keçiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 917