Şimali Kiprdə iki azərbaycanlı gənc tutuldu
14:05 25 Oktyabr 2017
Şimali Kipr Türk Respublikasında (ŞKTR) iki azərbaycanlı gənc tutulub.
Azərbaycanlı Nicat Vahabov və Ayxan Şacyev oktyabrın 9-da Mağusa şəhərində küçədə Yücel Sarakla mübahisə ediblər. Y. Sarak onlardan çəkindiyi üçün hadisə yerindən qaçıb. O, qaçarkən mobil telefonunu yerə salıb. Azərbaycanlı gənclər həmin telefonu götürüblər. Hadisə ətrafdakı müşahidə kameralarına düşüb. Nəticədə azərbaycanlı gənclərin kimliyi müəyyənləşib və onlar oğurluqda təqsirləndirilərək tutulublar.
N. Vahabov verdiyi ifadədə əməlini etiraf edib, A. Şicayev isə telefonu dostunun götürdüyünü bildirərək, təqsirli olmadığını bildirib.
Məhkəmə onların xaricə çıxışına qadağa qoyub və sənədlərini əlindən alıb. Bundan başqa, məhkəmədə onların hər birinin 1000 lirə (təxminən 500 manat) girov ödəyəcəyi təqdirdə azadlığa buraxılması barədə qərar verilib. Lakin tələb olunan girov ödənilməyib, hər iki şəxs təcridxanaya göndərilib.
Femida.az
Oxunub: 820
Oxşar xəbərlər
- Şimali və Cənubi Koreya arasında danışıq baş tutdu
- Şimali Koreyanın taleyi BMT-də həll olunacaq
- Şimali Koreya raketlərin sayını artırır
- Şimali Koreyaya qarşı sanksiyalar sərtləşdirildi
- Şimali Koreya ballistik raketini sınaqdan keçirdi
- Şimali Koreya yeni raketini nümayiş etdirib - VİDEO
- Şimali Koreya növbəti raket sınağı keçirdi
- Şimali Koreya raketi sınaqdan keçirib
- Şimali Koreya ABŞ-la danışığa gedir
- Şimali Koreya müharibədən qorxmur