Şimali Koreyanın taleyi BMT-də həll olunacaq


19:20     09 Sentyabr 2017 bmt-gorus_1502983587.jpg

ABŞ sentyabrın 11-də Şimali Koreyaya qarşı əlavə sanksiyanın tətbiq edilməsinə dair qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq niyyətindədir.


Femida.az -ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə quruma sorğu göndərilib.
Qətnamə layihəsinə əsasən ABŞ Şimali Koreyaya qarşı neft embarqosunun qoyulmasını, tekstil mallarının ixracının dayandırılmasını, Kim Çen İnin aktivlərinin dondurulmasını və onun xaricə səfərinin qadağan edilməsini təklif edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1012