Şimali və Cənubi Koreya arasında danışıq baş tutdu


17:42     03 Yanvar 2018 koreya_bayraq.jpg

Şimali Koreya ilə Cənubi Koreya rəsmiləri arasında telefon danışığı olub.


Femida.az Axar.az-a istinadən xəbər verir ki, müzakirələrin detalları hələlik açıqlanmayıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib ki, müzakirələrdə Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsinə toxunulmasa, ABŞ bu danışıqlara ciddi yanaşmayacaq.

Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreya Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında milli komandasının iştirakı məsələsində danışıqlara başlamağa hazır olduğunu bildirmişdi. Seul bu təşəbbüsü müsbət qiymətləndirmiş və yüksəksəviyyəli danışıqlar aparmağı təklif etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 855