Atasını amansızlıqla öldürən şəxsin məhkəməsi başladı
14:46 23 İyun 2017
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Laçın Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Femida.az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyulun 5-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın 4-də gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Müşviqabad qəsəbəsində baş verib. Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Novruzov Laçın Mehman oğlu yaşadıqları evdə atası - 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlu ilə mübahisə edib. Mübahisəyə səbəb isə atanın içkili olması olub. Mübahisə nəticəsində L.Novruzov M.Məmmədovu çoxsaylı bıçaq zərbələri ilə - 20 bıçaq zərbəsi endirməklə qətlə yetirib. Məlumata görə, ata M.Məmmədov içki aludəçisi olub və bu səbəbdən də ailədə tez-tez söz-söhbət yaranırmış. Yanvarın 4-də gecə saatlarında evə yenidən içkili gələn M.Məmmədov ailə üzvləri ilə dalaşıb. L.Novruzov mətbəx bıçağı ilə atasını qətlə yetirib.
Hadisəni törədən L.Novruzov saxlanılıb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.
Femida.az
Oxunub: 772
Oxşar xəbərlər
- Atasını öldürən hakim qarşısında
- Atasını yandıran şəxsə 19 il həbs cəzası verildi
- Atasının yadigarını polisə verdi - Nardaranda
- Atasının pulunu oğurladı
- Atasını bıçaqlayan oğul tutuldu
- Atasını öldürən şəxsə HÖKM OXUNDU
- Atasını öldürən gənclə bağlı DİN-dən açıqlama
- Atasının maşını ilə adam vurdu - Ağdamda
- Atasını və qardaşını bıçaqladı - Lənkəranda
- Atasının holdinqindən seyf oğurladı - VİDEO