Fransada yanğın: 4 ölü


01:47     26 İyun 2017 e933d2e976yangin_sivil_sinai.jpg

Fransanın Marsel şəhərində bir binada meydana çıxan yanğın nəticəsində biri uşaq olmaqla, dörd nəfər həyatını itirib.


Femida.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Marselin 12-ci bölgəsindəki dördmərtəbəli binanın girişində əmələ gələn yanğın tezliklə bütün binanı ağuşuna alıb.

Fransız mətbuatında yayılan məlumatlara görə, yanğından 20 nəfər xilas edilib. Ölənlərin biri uşaq, ikisi isə qadındır. Dördüncünün cinsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Marsel prokurorluğunda yanğının meydana çıxma səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 879