DİN Hacıqabuldakı qəza ilə bağlı açıqlama yaydı


17:23     28 İyun 2017 astarada-piyadan-vurub-ldrdlr_146.jpeg

Daxil İşlər Nazirliyi (DİN) Hacıqabulda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.


DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məliumata görə, iyunun 27-də saat 15 radələrində Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində Tovuz rayon sakini Orxan Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobili aşırıb.

Qəza zamanı sürücü və sərnişinlərindən həmyerlisi Elgün Abbasov hadisə yerində ölüblər, digər bir sərnişin isə xəstəxanaya yerləşdirilib.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1016