“Qarabağ“ - “Young Boys“ - Biletlər satışda


04:57     25 Avqust 2015 qarabag0.jpg

Avropa Liqasının play-off mərhələsi çərçivəsində baş tutacaq `Qarabağ` (Azərbaycan) - `Young Boys` (İsveçrə) qarşılaşmasının biletləri artıq satışa çıxır.


Avqustun 27-si Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da baş tutacaq mücadilənin biletlərini stadionunun kassalarından ala bilərsiz. Biletlərin qiymətləri nömrəli sektorlarda 1-15 azn arasında dəyişir. Biletlər Avqustun -25-i səhər 10:00-dan etibarən satışa çıxacaq. Qarşılaşmaya olan böyük maraq səbəbindən `işbaz`ların qeyri-leqal fəaliyyətinin qarşısını almaq üçün `Qarabağ` FK vətəndaşlardan biletləri sadəcə yeganə satış məntəqəsindən, Tofiq Bəhramov adına mərkəzi arenanın kassalarından holoqramlı bilet almağınızı xahiş edir. Kassadan bilet almaqla həm qənaət edib, həm də qeyri-qanuni alverin qarşısını almaqla vətəndaş mövqeyini sərgiləmiş olacaqsız.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1298