Goranboyda müəmmalı cinayət - 18 yaşlı oğlan bıçaqlandı


13:12     06 Avqust 2017 bicaq1.jpg

Goranboy sakini bıçaqlanıb.


Hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü İsazadə Elvin Ömər oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. 18 yaşlı oğlanın kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 627