Goranboy sakinini ilan sancıb - vəziyyəti ağırdır


14:31     11 Avqust 2017 610x380xilan.JPG.pagespeed.ic.dMsB1YOkah.jpg

Goranboy rayonunda bir nəfəri ilan sancıb.


Femida.az xəbər verir ki, hadisə rayonun Gürzallılar kəndində baş verib.

Kənd sakini, 50 yaşlı Aqil Həsənov həyətyani sahədə işləyən zaman sağ bud nahiyəsindən ilan sancıb.

Ağır vəziyyətdə Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılan A.Həsənova tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onun müalicəsi davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 744