DİN Şirvandakı qətllə bağlı məlumat yaydı


16:22     18 Avqust 2017 2015-04-18-13-48-08din-nazirlik-full-liderxeber-6401.jpg

Şirvanda bıçaqlanma hadisəsi baş verib.


Femida.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, avqustun 17-də Şirvan şəhəri ərazisindəki parkda şəhər sakini, əvvəllər məhkum olunmuş Əvəz Əliyev münaqişə zəminində həmyerlisi Anar Məmmədovun baş nahiyəsinə tapançanın dəstəyi ilə, hadisə yerində olan sonuncunun qardaşı Yaşar isə Ə.Əliyevə bıçaqla xəsarət yetirib. Ə.Əliyev aldığı xəsarətdən hadisə yerində ölüb.

Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı nömrəsi silinmiş “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Y.Məmmədov könüllü olaraq ŞPŞ-yə gələrək istintaqa təslim olub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1544