Gədəbəydə oğul atasıyla anasını öldürüb


16:19     22 Sentyabr 2017 Bicaq500.jpg

Gədəbəy rayonunun Qurudərə kəndində qətl hadisəsi baş verib.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 893