Gədəbəydə iki maşın toqquşub, xəsarət alan var


03:21     28 Oktyabr 2017 qeza%20yeni8.jpg

Gədəbəydə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


Femida.az-ın məlumatına görə, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.

“VAZ” və “QAZ 31” markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, kənd sakini 1981-ci il təvəllüdlü Əsgərov Bəhruz Elbəy oğlu bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 682