Gədəbəydə ev, Mingəçevirdə sex yanıb


14:03     26 Oktyabr 2017 1431007777_yangin-hadisesi-bash-verib5.jpg

Bu gün Gədəbəy rayonunun Gödəkdərə kəndində ikimərtəbəli 6 otaqlı evin dam örtüyü, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mingəçevir şəhərində isə sexin dam örtüyünün taxta atmaları 50 m2 sahədə, vərdənə aparatının yanar hissələri, rəflərə yığılmış rezin məmulatları və qəliblər yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1227