Gədəbəydə kişi keçmiş arvadının başını kəsib


13:07     06 Oktyabr 2017 bicaqlanma%20femida.jpg

Gədəbəydə qətl hadisəsi törədilib.


Rayonun Arıxdam kəndində 1988-ci il təvəllüdlü Fariz Muxtarov boşandığı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın başını kəsib.

Cinayəti törədən F. Muxtarov hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları onun tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.

Məlumata görə F. Muxtarovla M. Muxtarova təxminən iki il əvvəl boşanıblar. Onların iki azyaşlı övladı var. Qətl hadisəsi M. Muxtarovanın atasının evində törədilib.

Faktla bağlı araşdırma aparılır. (apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1276