Gədəbəydə qonşular arasında dava - Tövlə tikməyə görə


00:27     26 Oktyabr 2017 qiz_davasi_98.jpg

Gədəbəydə qonşular arasında dava olub.


Hadisə rayonun Parakənd kəndində baş verib.

Davaya səbəb tövlənin tikintisi olub. Kənd sakini, 1968-ci il təvəllüdlü Minarə Quliyeva həyətində tövlə tikən zaman qonşusu, 1971-ci il təvəllüdlü Səidə Hüseynova buna etiraz edib və tövlənin onun evinin qarşısında yox, digər yerdə tikməyi tələb edib. Bunun üstündə mübahisə edən qonşular arasında əlbəyaxa dava olub. İki qadın müxtəlif bədən xəsarətləri alıb. Əvvəlcə onlar Gədəbəy rayon Mərkəzi xəstəxanasına, sonra Şəmkirə, oradan isə Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1519