Gədəbəydə ata-anasını öldürən şəxs tutuldu - KEÇMİŞ POLİSDİR


16:21     27 Sentyabr 2017 bicaq93.jpg

Sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məsimov tutulub.

Qeyd edək ki, Şöhrət Məsimov əvvəllər polis əməkdaşı olub. Rusiyaya oxumağa gedən zaman orada cinayət törətdiyi üçün həbs edilib və daxili işlər orqanlarından uzaqlaşdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2355