Yük maşınının altında can verən azyaşlının kimliyi bilindi


14:23     27 Sentyabr 2017 usaq-qeza.JPG

Ötən gün sosial şəbəkələrdə yük maşınının altında qalaraq ölən uşağın video görüntüləri yayılıb. Artıq ölən azyaşlının kimliyi müəyyən edilib.

Femida.az-ın məlumatına görə, ötən gün paytaxtın Binəqədi rayonu, "Daş bazarı" adlanan ərazidə yolu keçən 2013-cü il təvəllüdlü Pərviz Təbriz oğlu Cavadov "MAN" markalı yük maşınının altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 929