Yük maşını 70 yaşlı qadının üstündən keçib
23:27 06 Yanvar 2018
Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az-ın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günorta saatlarında Şəki şəhəri Mahmud Əliyev küçəsində 1948-ci il təvəllüdlü Səkinə Nurməmməd qızı Abdullayeva şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus, Elşad Ələddin oğlu Əhmədovun idarə etdiyi “Jaq” markalı, 99 JA 059 dövlət nömrə nişanlı zibil daşıyan yük maşını ilə vurulub.
S.Abdullayeva əlindəki zibil torbalarını maşına atmaq istəyərkən qadının orada olmasından xəbərsiz olan sürücü maşını arxaya çevirib. Yük maşını 70 yaşlı Səkinə Abdullayevanın üstündən keçib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Femida.az
Oxunub: 796
Oxşar xəbərlər
- Yük maşınının təkəri partladı, sürücü yaralandı
- Yük avtomobili yanıb
- Yük maşını sahiblərinin nəzərinə - CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ
- Yük maşını aşıb, sürücü xəsarət alıb
- Yük maşını kanala düşdü
- Yük maşını qatarla toqquşdu - Sürücü xəsarət aldı
- Yük maşını 16 baş inəyin üstündən keçdi
- Yük maşını `Mercedes`lə toqquşdu - ölən var
- Yük maşınının altında can verən azyaşlının kimliyi bilindi
- Yük qatarı sərxoş kişini vurdu