Yük maşını kanala düşdü


19:21     15 Noyabr 2017 599561.jpg

Astara rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Ərçivan kəndi ərazisində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşının idarə etdiyi ağırtonajlı yük maşını idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, qəza sürücünün sükan arxasında yatması səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 645