Yük maşınının təkəri partladı, sürücü yaralandı


14:00     06 Yanvar 2018 qeza_yeni.jpg

Bərdədə bədbəxt hadisə nəticəsində sürücü xəsarət alıb.


Femida.az report-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Goranboy rayon sakini Məmmədov Rəşad Oktay oğlu özünə məxsus "Kamaz" markalı yük maşınının təkərində yaranan nasazlığı aradan qaldırmaq istəyərkən o, partlayıb.

Nəticədə sürücü müxtəlif xəsarətlər alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1032