Yük maşını qatarla toqquşdu - Sürücü xəsarət aldı


13:18     28 Oktyabr 2017 qatar_toqqusma_yeni_2016111156.jpg

Yaralı xəstəxanaya yerləşdirilib.


Bakıda yük avtomobili qatarla toqquşub.

Femida.az report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.

Məhəmmədi qəsəbəsində 62 yaşlı Quliyev Vaqif Əsədağa oğlu idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə dəmir yol xəttində hərəkətdə olan qatarı gözləməyib. Nəticədə qatar yük avtomobilinə çırpılıb.

Hadisə zamanı sürücü V. Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1185