Məhkəmə Əfqan Muxtarlının vəsatətini təmin etməyib
22:09 04 Oktyabr 2017
Bu gün Nəsimi Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbirinin girov müqabilində ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatətə baxılıb.
Vəkil Elçin Sadıqov Femida.az-a açıqlamasında deyib ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilməyib.
Xatırladaq ki, Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.
Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.
Femida.az
Oxunub: 653
Oxşar xəbərlər
- Məhkəmə xalq artistlərinin iddiasını təmin etmədi
- Məhkəmə həbsdə olan şəxsin cəzasını artırıb
- Məhkəmə Elgiz Qəhrəmanın cəzasını azaldıb
- Məhkəmədə şok - Hökm oxunan general zəhər içdi (VİDEO)
- Məhkəmənin axtarışa verdiyi qadın tutuldu
- Məhkəmədə hakimin halı pisləşdi
- Məhkəmə keçmiş MTN polkovnikinin cəzasını azaldıb
- Məhkəmədə ekspertlər ifadə verdi - Fikrət Qocanın oğlunun qətli ilə bağlı
- Məhkəmədə gərginlik: Dustağın ürəyi getdi
- Məhkəmənin gəldiyi nəticə əsassızdır - Prokurordan qalmaqallı açıqlama