Məhkəmə xalq artistlərinin iddiasını təmin etmədi


16:50     08 Yanvar 2018 mel-600x381.jpg

Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı 200 min manatlıq təzminat iddiası üzrə məhkəmə prosesi keçirilib.


Femida.az xəbər verir ki, hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin iddiası təmin olunmayıb.

Qeyd edək ki, M. Əsədova həmkarından 200 min manat, R. Məlik isə Xalq artistindən 300 min manat məbləğində təzminat tələb edirdi.

M. Əsədovanın vəkili bildirib ki, bundan sonra R.Məlikin həbs olunması üçün xüsusi ittiham qaydasında müraciət edəcəklər.

Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2335