Məhkəmə həbsdə olan şəxsin cəzasını artırıb


22:59     19 Dekabr 2017 1442557655_mehkeme-zali8.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sədi Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.



Femida.az -ın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakim hökmü elan edən zaman qeyd edib ki, S.Cəfərov bir neçə il əvvəl eyni əmələ görə 8 il müddətinə azadlıqdan məhrum edilib. Lakin bu iş üzrə cinayət ayrıca icaata verilib. Hər iki cəza qismən toplanıb və onun 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.

Qeyd edək ki, S.Cəfərov bir neçə vətəndaşı işə düzəltmək adı ilə onlara qarşı dələduzluq edib. O, bir neçə il bundan qabaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. 10 saylı cəzaçəkmə müəssisində cəza çəkən zaman məlum olub ki, S.Cəfərov iki vətəndaşa qarşı da dələduzluq edib. O, iş düzəltmək adı ilə bir şəxsdən 17 min manat, digərindən isə 3 min manat pul alıb. S.Cəfərov daha sonra verdiyi sözə əməl etməyib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Açar sözlər:

Oxunub: 719