Məhkəmə Elgiz Qəhrəmanın cəzasını azaldıb
20:09 29 Noyabr 2017
Ali Məhkəmədə “NİDA” hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın şikayətinə baxılıb.
Femida.az-ın məlumatına görə, məhkəmə onun ittiham olunduğu 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitə saxlama, daşıma, göndərmə, əldə etmə- külli miqdarda törədildikdə) maddəni 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəyə tövsif edib, cəzası 3 ilə endirilib.
E. Qəhrəman 12 avqust 2016-cı il tarixində böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. 2017-ci il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5,5 il müddətinə azadlıqdan məhrum edib.
Mayın 18-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Femida.az
Oxunub: 637
Oxşar xəbərlər
- Məhkəmə xalq artistlərinin iddiasını təmin etmədi
- Məhkəmə həbsdə olan şəxsin cəzasını artırıb
- Məhkəmədə şok - Hökm oxunan general zəhər içdi (VİDEO)
- Məhkəmənin axtarışa verdiyi qadın tutuldu
- Məhkəmədə hakimin halı pisləşdi
- Məhkəmə keçmiş MTN polkovnikinin cəzasını azaldıb
- Məhkəmədə ekspertlər ifadə verdi - Fikrət Qocanın oğlunun qətli ilə bağlı
- Məhkəmədə gərginlik: Dustağın ürəyi getdi
- Məhkəmə Əfqan Muxtarlının vəsatətini təmin etməyib
- Məhkəmənin gəldiyi nəticə əsassızdır - Prokurordan qalmaqallı açıqlama