Tacikistan və Əfqanıstan sərhədində atışma oldu


02:03     05 Oktyabr 2017 iran%20serhed.jpg

Tacikistanın Əfqanıstan ilə sərhəddəki Hatlon bölgəsində narkotik maddə qaçaqmalçılığı edənlərə qarşı əməliyyat keçirilib.


Əməliyyatı Tacikistanın Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirib.

Xidmətin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, narkotik maddələri Tacikistana keçirmək istəyənlərlə sərhədçilər arasında atışma olub.

Hadisənin baş verdiyi bölgədə 76 kiloqram miqdarında narkotik maddə müsadirə olunub.

Faktla bağlı araşdırma başladılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 498