Tacikistan parlamentinin sədr müavini Milli Məclisdə olub
23:59 10 Noyabr 2017
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Tacikistan parlamenti sədrinin müavini Akramşo Felaliyev ilə görüşüb.
MM-dən Femida.az-a verilən məlumata görə, Ziyafət Əsgərov bildirib ki, Azərbaycan-Tacikistan münasibətləri yüksələn xətlə inkişaf edir, hər iki ölkənin dövlət başçılarının dostluğu əlaqələrin inkişafında böyük rol oynayır. O, parlamentlərarası əlaqələrin genişləndirilməsi, deputatların görüşlərinin və ikitərəfli qarşılıqlı səfərlərin artırılması vacibliyindən söz açıb.
Akramşo Felaliyev isə deyib ki, Tacikistanla Azərbaycanı birləşdirən qədim tellər var: “Bu gün də ölkənin məktəblərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı tədris olunur. Siyasi, iqtisadi, mədəni əlaqələrimizin genişləndirilməsi üçün potensialımız böyükdür”.
Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin və Tacikistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun qonaq nümayəndə heyəti ilə görüşü olub.
Oxunub: 667
Oxşar xəbərlər
- Tacikistanla iqtisadi əlaqələr müzakirə edilib
- Tacikistan prezidentinin qardaşı öldü
- Tacikistan və Əfqanıstan sərhədində atışma oldu
- Tacikistan məktəblərində hicab qadağan edildi
- Tacikistandakı səfirliyimizdə yoxlama - TƏCİLİ
- Tacikistanda ömürlük prezident ola bilər - Referendum keçirilir
- Tacikistandan İran məhsullarına - Qadağa
- Tacikistan nümayəndə heyəti Azərbaycanda
- Tacikistan türkiyəli vəkilləri azad etdi - QALMAQAL
- Tacikistan İrandan üz döndərdi - GƏRGİNLİK