Avtomobil aşıb, ər və arvadı ağır yaralanıb


01:47     14 Oktyabr 2017 qeza%20yeni4.jpg

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir ailənin iki üzvünün xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Femida.az xəbər verir ki, hadisə bu gün axşam saat 20:00 radələrində yolun 190-cı kilometrliyində, İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Göyçay rayon sakini, Yunis Muradov özünə məxsus 23-BX-694 dövlət nömrə nişanlı "Opel" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan atı vurmamaq üçün sükanı sağ tərəfə çevirib və idarəetmənin itməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Yunis Muradov və həyat yoldaşı 1962-ci il təvəllüdlü Muradova Məhluqə Sabir qızı ağır bədən xəsarətləri aldığı üçün təcili yardım stansiyasının avtomobili İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralıların vəziyyəti ağır olaraq qalır.

Femida.az

Açar sözlər:

Oxunub: 876