Avtomobil yeniyetməni vuraraq öldürüb


03:56     26 Oktyabr 2017 mektebli%20piyada.jpg

Bakı-Qazax magistral yolunda piyadanı avtomobil vurub.


Femida.az xəbər verir ki, hadisə yolun Goranboy rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini 2001-ci il təvəllüdlü Babayev Rəşad Eldəniz oğlu yolu keçən zaman "Mercedes" markalı avtomobil onu vurub. 16 yaşlı yeniyetmə hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 833