Avtomobil piyadanı vurub


00:59     27 Noyabr 2017 1436105092_1433932210_gencede-piyadanin-olumu-ile-neticelenen-yol-qezasi-bash-verib%20(1)6.jpg

Sabirabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


APA-nın məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Füzuli rayon sakini Qaraş Quliyev idarə etdiyi “Qazel” markalı, “19 BH 087" nömrə nişanlı avtomobillə yolu keçən kənd sakinini vurub. Yaralı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Şirvan şəhər polis idarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 877