Metroda qapıları saxlayan şəxslər 50 manat cərimə olunacaq


18:41     25 Oktyabr 2017 1394690378_baku-metro-narimanov.jpg

"Metroda qapıları saxlayıb qatarın hərəkətinə mane olan kifayət qədər sərnişin var".


Bunu Femida.az- a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
O bildirib ki, gün ərzində metrodan 700 mindən çox sərnişin istifadə edir:

"Xüsusilə pik saatlarda qatarın qapılarının sərnişinlər tərəfindən saxlanması məsələsinə nəzarət etmək çox çətindir".

N.Paşayevin sözlərinə görə, sərnişinlər özləri qapıları saxlamaqla həm qrafiki pozduqlarını, həm də qapılara zərər yetirdiklərini başa düşməlidirlər:

"Başa düşürük ki, pik saatlarda sərnişin çox olur, hamı qatara minmək istəyir. Ancaq nəzərə almaq lazımdı ki, qapı saxlamaq çıxış yolu deyil".

Şöbə rəisi qeyd edib ki, qatarın qapısının saxlanmasına görə İnzibati Xətalar Məcəlləsində 50 manat cərimə nəzərdə tutulub: "Bu məsələyə polis nəzarət edir".

Femida.az

Açar sözlər:

Oxunub: 1224