Metroda problem yaranıb


13:08     02 Noyabr 2017 23201820_1117974921672037_1412165762_n.jpg

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.


"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Femida.az- a açıqlamasında bildirib ki, saat 8:04-də "Həzi Aslanov" Stansiyasında 11 saylı marşrut üzrə xəttə buraxılan qatarda texniki problem yaranıb: "Bu səbəbdən də həmin qatar xətdən çıxarılıb. Ona görə də, "Həzi Aslanov" stansiyasında qatarların hərəkətində fasilə yaranıb.
Qatarlar "Əhmədli" və "Neftçilər" stansiyalarından geri qaytarılıb. Təxminən yarım saat müddətində "Həzi Aslanov" stansiyasında hərəkət olmayıb. Saat 8:30-dan etibarən stansiyada hərəkət bərpa olunub".

Femida.az

Açar sözlər:

Oxunub: 1680