Metroda qadının çantasına girən kişi yaxalandı


21:05     09 Noyabr 2017 cibgirə.jpg

Bakı Metropolitenində oğurluq etmiş şəxs saxlanılıb.


Femida.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 8-də metronun “Nizami” stansiyasında Şamaxı rayon sakini X.Mürsəlovanın çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf İsgəndərov Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1000