Metroda qatarlar niyə gecikir?


13:10     27 Oktyabr 2017 metro%20femida.jpg

Bu gün səhər saatlarından “Bakı Metropoliteni”ndə sərnişin sıxlığı müşahidə olunur. Mənzil başına vaxtında çata bilməyən sərnişinlər bundan şikayətlənirlər.



Femida.az xəbər verir ki, məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bu gün səhər saat 6-dan depodan gələn qataraların qəbulunda gecikmə olub, buna görə bir sıra problemlər yaşanıb. Buna görə səhər saatlarında qatarların sayı az olub. Amma problem tezliklə aradan qaldırılıb. Hazırda qatarlar arasında interval normaldır.

Femida.az

Açar sözlər:

Oxunub: 1068