DİN polis əməkdaşlarının öldüyü qəza ilə bağlı açıqlama yaydı


16:24     11 Noyabr 2017 2015-04-18-13-48-08din-nazirlik-full-liderxeber-6401.jpg

Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşlarının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.


Femida.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 10-da saat 07.40 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Qoşqar Kərimov idarə etdiyi “Fiat Doblo” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişinləri - Elnur Məmişov və Kamal Vəliyev xəstəxanaya yerləşdiriliblər. E.Məmişov orada ölüb, K.Vəliyevin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 675