Biznes üçün təlimçilər hazırlanır


20:50     09 Sentyabr 2015 telim%20gence.jpg

“Bilik və İnnovasiya” İctimai Birliyi 25.06.2015 - 10.07.2015 tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gəncə şəhərində “Bakıda və regionlarda özünəməşğulluğa dəstək məqsədilə biznes təlimçilərin hazırlanması” adı aıtinda təlim layihəsi həyata keçirib.

Layihənin əsas məqsədi Bakı və Gəncədə yerli biznes təlimçilərin hazırlanması üçün qeyd olunan şəhər və rayonlarda müvafiq təlimlərin keçirilməsi olub. Təlimdə şəhər üzrə 20 nəfər iştirak edib. Təlimin sonunda iştirakçılara müvafiq sertifikat təqdim olunub.

Təlim beynəlxalq sertifikatlı iki azərbaycanlı təlimçi tərəfindən həyata keçirilib. Bu layihə dövlət məşğulluq xidməti orqanları ilə yaxından əməkdaşlıq şəklində təşkil olunub.

Qeyd edək ki, eyni təlim 01.08.2015- 15.08.2015 tarixində Bakı şəhərində də həyata keçirilib.


Açar sözlər:

Oxunub: 1010