Uşağı vurub qaçan sürücü tutuldu


16:17     27 Dekabr 2017 hebs%20edildi1.jpg

Bakıda 5 yaşlı uşağı vuraraq hadisə yerindən qaçan sürücü tutulub.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dekabrın 23-də saat 19.00 radələrində Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 5 yaşlı Mehman Əliyev vurulub. Uşaq xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyənləşib.

Görülmüş tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Çingiz Osmanov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 778