İranda aksiyalar genişləndi: 2 nəfər güllələnib


16:13     31 Dekabr 2017 06bf9474-9c73-4c13-ae51-5000a3bd6b88.jpg

İranda artıq üçüncü gündür etiraz aksiyaları davam edir.


Femida.az "Reuters"ə istinadən xəbər verir ki, aksiyalar əvvəlcə qiymət artımına qarşı başlasa da, tezliklə dövlət hakimiyyətinə qarşı tammiqyaslı mitinqlərə çevrilib.

Birinci nümayiş dekabrın 28-də Məşhəd şəhərində keçirilib. Ardınca aksiya Tehran, İsfahan, Yəzd və ölkənin digər iri şəhərlərini əhatə edib. Ardıcıl çıxışlar polis ilə toqquşmalara gətirib çıxarıb ki, nəticədə onlarla insan saxlanılıb.

KİV-in məlumatına görə, iki nümayişçi güllələnib.

Femida.az

Açar sözlər:

Oxunub: 2236