İranda etirazlar davam edir
16:41 01 Yanvar 2018
İranda hakimiyyətə və dini rejimə qarşı etirazlar dünən gecə də davam edib.
Femida.azxəbər verir ki, etirazların ən aktiv olduğu məkan yenə də paytaxt Tehran olub. Burada etiraz aksiyaları gecə saatlarına qədər davam edib. Etirazlar zamanı onlarla etirazçı həbs edilərək, naməlum istiqamətə aparılıb.
Etirazlar Kərəc, Əhvaz, Kirmanşah şəhərlərində, eləcə də Güney Azərbaycanın Həmədan əyalətinin Tuyserkan şəhərində də davam edib. Tuyserkanda etirazçılar “Xameneiyə ölüm” şüarları səsləndiriblər. Etirazçılara odlu silahdan atəş açılıb. Atəş nəticəsində bir neçə ölməsi və yaralanması informasiyay yayılıb.
Qeyd edək ki, dünən də etirazlar zamanı ölüm halı qeydə alınmışdı. Belə ki, ölüm halı Dorud şəhərində olmuşdu. Nəticədə 3 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdı.
Femida.az
Oxunub: 855
Oxşar xəbərlər
- İranda ibtidai siniflərdə ingilis dili qadağan olundu - VİDEO
- İranda iğtişaşlar zamanı saxlanılanlar sərbəst buraxılır
- İranda zəlzələ - 20 nəfər xəsarət alıb
- İranda etirazlar yenidən baş qaldırdı
- İranda onlarla azərbaycanlı həbs edildi
- İranda ölənlərin sayı 20 nəfərə çatdı
- İranda gərginlik son həddə çatdı: 10 nəfər ölüb
- İranda aksiyalar genişləndi: 2 nəfər güllələnib
- İranda qadınların geyimi ilə bağlı qayda dəyişir
- İranda yenə zəlzələ oldu