Gömrük Komitəsi büdcəyə nə qədər pul köçürüb?
23:00 10 Yanvar 2018
2017-ci ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 225 milyon 379,6 min manat təşkil edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, 2016-cı ilin dekabr ayı ilə müqayisədə daxilolmalar 9 milyon 625,8 min manat və ya 4,09 faiz az, ötən ilin noyabr ayı ilə müqayisədə isə 8 milyon 365,2 min manat və ya 3,85 faiz çoxdur.
Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 73 milyon 905,2 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 132 milyon 850,2 min manat, aksizlər üzrə 15 milyon 674,7 min manat, yol vergisi üzrə isə 2 milyon 949,5 min manat təşkil edib.
Həmçinin DGK xətti ilə ötən il ərzində 2 milyard 610 milyon manata yaxın vəsait dövlət büdcəsinə daxil olub. 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununa əsasən, Dövlət Gömrük Komitəsi üçün 2 milyard 250 milyon manat illik büdcə öhdəliyi müəyyənləşdirilib. Gömrük Komitəsi bu öhdəliyi təqribən 360 milyon manat artıqlaması ilə yerinə yetirib.
Femida.az
Oxunub: 615
Oxşar xəbərlər
- Azərbaycana gətirilən Aİ-92 benzinin gömrük rüsumundan azad olunma müddəti başa çatıb
- ABŞ Ukrayna poladına tətbiq edilən gömrük rüsumlarını ləğv edib
- Gömrükçülər narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb
- İntihar edən qızı tutmağa çalışan şəxs Gömrük Komitəsinin əməkdaşıdır - FOTO
- Gömrükçülər külli miqdarda dərman vasitələri saxlayıb
- “Qafqaz Qartalı” təlimi məqsədilə Azərbaycana gətirilən avadanlıqlar gömrük rüsumu və vergidən azad ediləcək
- Gömrükçülər ölkə ərazisi ilə Ermənistana yük aparan İran vətəndaşını saxlayıb
- Rüşvətə görə saxlanılan gömrük əməkdaşlarına bəraət verilib
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Azərbaycan gömrükçüləri külli miqdarda "iPhone" telefonu müsadirə edib