Gədəbəydə “Niva” aşdı - Ölən və yaralananlar var


16:19     04 Fevral 2018 niva.jpg

Gədəbəy rayonunda ağır yol qəzası baş verib. Femida.az xəbər verir ki, rayonun Qaradağ kəndində "VAZ 2121" (Niva) markalı minik avtomobili dərəyə aşıb. Yolun buzlu və sürüşkən olması səbəbindən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarına meyllənib və çevrilib. Nəticədə avtomobildə olan 45 yaşlı kişi vəfat edib. Daha bir nəfə isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Gədəbəy   #qəza  

Oxunub: 1134