Gömrükçülər qanunsuz ov bıçağı aşkarladı
15:16 23 Fevral 2018
Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahın gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.
Femida.az DGK-ya istinadən xəbər verir ki, Gəncə-Moskva aviareysilə gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda ov bıçağına oxşar əşyanın təsviri görünüb.
Təkrar yoxlama zamanı vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd ov bıcağı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 483
Oxşar xəbərlər
- Gömrükçülər narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb
- Gömrükçülər külli miqdarda dərman vasitələri saxlayıb
- Gömrükçülər ölkə ərazisi ilə Ermənistana yük aparan İran vətəndaşını saxlayıb
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Azərbaycan gömrükçüləri külli miqdarda "iPhone" telefonu müsadirə edib
- Azərbaycan gömrükçüləri 106 kiloqramdan çox narkotik vasitə aşkar edib
- Azərbaycan gömrükçüləri ötən il 17 mindən çox hüquqpozma faktı aşkar edib
- Naxçıvan gömrükçüləri 47 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb
- Gömrükçülər 218 kiloqram heroin aşkarladılar
- Azərbaycan gömrükçüləri 22 ədəd mobil telefon müsadirə edib