Maşının qızdırıcısından 14 telefon çıxdı


14:45     13 Mart 2018 2018/03/bc4dce9dcf1fba6894e6b0e3ed8d26ef-1520923041_1520923853.jpg

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.


Femida.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin qızdırıcısının içərisində 7 ədəd "Samsung Galaxy J3 6", 5 ədəd "Samsung Galaxy J3", 1 ədəd "Samsung Galaxy J3 Pro", 1 ədəd "Homtom" markalı, ümumilikdə 14 ədəd mobil telefonlar, 13 ədəd yükləyici, 13 ədəd USB kabel və 13 ədəd "qulaqcıq" aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Gömrük   #Qızdırıcı   #Samsung   #Qulaqcıq  

Oxunub: 969