Savçenko aclığa başladı


01:13     24 Mart 2018 18_03_23_1521819257.jpg

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko Kiyevdəki məhkəmə iclasında aclıq aksiyasında olduğunu söyləyib.


Femida.az “TASS” agentliyinə istinadən xəbər verir ki, o, məhkəmənin ittihamlarına cavab olaraq heç bir cinayət törətmədiyini və bütün sübutların da bunu təsqdiqlədiyini deyib.

Eyni zamanda, Savçenko Ukrayna Qəhrəmanı adından imtina etməyəcəyini, deputatlıq mandatını da könüllü olaraq təslim etməyəcəyini əlavə edib.

Xatırladaq ki, dünən Savçenko dövlət çevrilişinə hazırlıqda şübhəli bilinərək parlamentdə deputatlıq toxunulmazlığı ləğv edildikdən bir neçə dəqiqə sonra saxlanılıb. İrəli sürülən ittihamlara görə isə deputatın 5 ildən tutmuş ömürlük həbs cəzasını alması gözlənilir.

Açar sözlər:

Oxunub: 582